"Ailəm və məktəbim" layihəsi çərçivəsində görüş keçirildi

Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.
Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək və BŞTİ- nin 18.04.2022-ci il tarixli F-145 №-li əmrinin icrasının təmin edilməsi məqsədilə ixtisaslarına, iş sahələrinə uyğun olaraq valideynlərin həmin sahələrə maraq göstərən şagirdlərlə görüşlərinin təşkil edilməsi nəzərdə tutulmuşdur. Mayın 11-də təcili tibbi yardım əməkdaşı valideyn Elnarə xanım şagirdlərlə görüşərək öz peşəsi haqqında uşaqlarla söhbət apardı və onların suallarını cavablandı.