Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Məktəbin illik Fəaliyyət Planının 1.3.25-ci bəndinə uyğun olaraq
Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi məqsədilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq məktəbin müəllimləri Xatirə Cəvərova və Səyyad Cəfərovanın təşkilatçılığı ilə mayın 6-da məktəbdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi.
Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nəsimi Quliyev qonaqları tədbir iştirakçılarını salamlayaraq ulu öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib.
Məktəb direktoru dahi şəxsiyyət Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan danışıb. Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevə həsr olunmuş şeir, rəsm və inşa müsabiqələrinin qalibləri Fəxri Fərmanlarla təltif edildilər.