“Oxu Günü” layihəsi çərçivəsində ibtidai siniflərdə səhnəciklər təqdim olundu

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və kitabın təbliği istiqamətində “Oxu Günü” tədbirinin keçirilməsi və BŞTİ-nin 18.04.2022-ci il tarixli F-147 nömrəli əmrinin icrasının təmin edilməsi məqsədilə “Oxu günü” çərçivəsində aprelin 22-də 1"A", 1"B", 1"C", 1"Ç", 1"Ə", 2"A", 2"B", 2"C", 2"D", 2"E", 3"B", 3"C", 3"D", 3"E", 3"Ə", 4"C", 4"Ç", 4"E" və 4"Ə" siniflərində "Turpun nağılı", "Qırmızı papaq", "Qoğal", "Tıq-tıq xanım", "Kərpickəsən kişinin dastanı", "Köməkçi", "Dostlar", "Natəvanla görüş", "Zoluşka", "Teremok", "Yatmış şahzadə", "Alma", "Meyvələrin bəhsi", "Nağıllar aləmində" və "Toyuq Ryaba" əsərlərindən kiçik parçalar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi