“Oxu Günü” çərçivəsində səhnəcik hazırlandı
Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.
Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və kitabın təbliği istiqamətində “Oxu Günü” tədbirinin keçirilməsi və BŞTİ-nin 18.04.2022-ci il tarixli F-147 nömrəli əmrinin icrasının təmin edilməsi məqsədilə “Oxu günü” çərçivəsində aprelin 21-də ibtidai sinif müəllimi Ülviyyə Əliyevanın təşkilatçılığı ilə 4"A" sinif şagirdləri H.Ziyanın "Yaxşılığa əvəz" əsərini səhnələşdirdilər.