Kimya fənnindən müxtəlif təcrübələr göstərildi
Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aprel ayı məktəbdə kimya-biologiya aylığı elan olunmuşdu.
Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Aylığın tədbirlər planına uyğun olaraq aprelin 21-də məktəbin kimya müəllimləri Elvira Rubstova və Yeganə Hüseynovanın təşkilatçılığı ilə tənəffüsdə şagirdlər kimya fənnindən müxtəlif təcrübələr apardılar.