"Şuşa İli"nə həsr olunmuş "Şuşa, sən azadsan!" adlı sinif saatı keçirildi
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2022-ci il “Şuşa İli” elan edilmişdi. Bununla bağlı həyata keçiriləcək tədbirlərə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə müvafiq olaraq məktəb üzrə Tədbirlər Planı hazırlanmışdı. Tədbirlər Planına əsasən aprelin 19-da 3"D" sinfində sinif müəllimi Təhminə Həsənova "Şuşa İli"nə həsr olunmuş "Şuşa, sən azadsan!" adlı sinif saatı keçdi.