Mülki müdafiə üzrə açıq dərslər keçirildi
2022-ci il üçün 76 nömrəli tam orta məktəbin "Mülki müdafiə üzrə Tədbirlər Planı"na uyğun olaraq 5 aprel məktəbimizdə "MM günü"nün keçirilməsi nəzərdə tutulmuşdur.
Məktəbin illik Fəaliyyət planının 1.3.18-ci bəndinə uyğun olaraq şagirdlərdə fövqəladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırılması məqsədilə aprelin 5-də şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə məşq keçirilmişdir.
Təlim-məşq zamanı şərti olaraq baş vermiş yanğının qarşısının alınması, şagirdlərin təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyinə dair məlumatlar verilib. 2, 5 və 6-ci siniflərdə sinif rəhbərləri tərəfindən mülki müdafiə mövzusunda açıq dərslər keçirildi.