31 mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi
Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə "31 mart Azərbaycanlıların soyqırım gününün keçirilməsi" barədə məktəb üzrə əmrlə Tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq martın 31-də məktəbin müəllimləri Xatirə Cəfərova və Səyyad Cəfərovanın təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.