"Bahar çələngi" adlı sinif təşkilat saatları keçirilir
Təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə BŞTİ tərəfindən keçirilən "Bahar çələngi" adlı layihənin Tədbirlər planına uyğun olaraq martın 18-də 1"D", 1"Ə", 2"Ə", 3"D", 4"A", 4"D", 4"E", 7"E", və 8"Ə"siniflərində "Bahar çələngi" adlı sinif təşkilat saatları keçirilib.