"Bahar çələngi" layihəsi çərçivəsində şən startlar yarışı keçirildi
Təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə BŞTİ tərəfindən keçirilən "Bahar çələngi" adlı layihənin Tədbirlər planına uyğun olaraq martın 16-da fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə 4"D" və 4"Ç" sinif şagirləri arasında şən startlar yarışı keçirildi.