"Bahar çələngi" layihəsi çərçivəsində tamaşalar hazırlanıb
Təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə BŞTİ tərəfindən keçirilən "Bahar çələngi" adlı layihənin Tədbirlər planına uyğun olaraq martın 16-da məktəbin ədəbiyyat müəllimləri Qəndab Quliyeva, Yelena Arslanova və Elnarə Məmmədovanın rəhbərliyi və aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik istedadlı şagirdlərin iştirakı ilə milli dəyərlərimizin əks olunduğu bədii nümunələr əsasında tamaşa nümayiş olundu.