"Bahar çələngi" layihəsində Novruz bayramının qeyd edildiyi digər ölkələrin adət-ənənələri haqqında məlumat verildi
Təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə BŞTİ tərəfindən keçirilən "Bahar çələngi" adlı layihənin Tədbirlər planına uyğun olaraq martın 14-də ingilis dili müəllimləri İradə Babayeva, Cəmilə Babaşova və Könül Nərimanova Novruz bayramının qeyd edildiyi digər ölkələrin adət-ənənələri, o cümlədən Novruz adətləri barədə nümunəvi dərslər keçdilər.