“Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbirlər keçirilir
Təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə BŞTİ tərəfindən keçirilən "Bahar çələngi" adlı layihənin Tədbirlər planına uyğun olaraq Məktəb kitabxanasında xalqımızın adət ənənələrinin əks olunduğu kitab və bədii məqalələrdən ibarət guşə yaradılmış və şagirdlər yaradılan guşələrlə tanış edilmişdir.