Ana dili aylığı çərçivəsində açıq dərslər keçirilir
Məktəbin illik fəaliyyət planının 1.1.1. 8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə ana dili aylığı elan olunmuşdu.
Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Aylığın tədbirlər planına uyğun olaraq martınn 1-də məktəbin Azərbaycan dili müəllimi Səadət Rəşidova rus bölməsi üzrə 3 "E" sinfində Azərbaycan dili fənnindən nümunəvi dərs keçmişdir. Dərsdə məktəb rəhbərliyi və metodbirləşmə üzvləri iştirak edirdilər. Dərsin sonunda keçirilən açıq dərsin müzakirəsi aparıldı.