"Xocalıya gedən yol" adlı ədəbi-bədii kompozisiya keçirildi
Məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən silsilə tədbirlərimiz davam edir.
Tədbirlər Planına müvafiq olaraq fevralın 24-də məktəbin tarix müəllimi Şirmayixanım Səfərovanın rəhbərliyi "Xocalıya gedən yol" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş şeir müsabiqəsinin qalibləri Fəxri Fərmanlarla təltif edildilər.