Xocalıya həsr olunan dərslər keçirilir
Məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən silsilə tədbirlərimiz həyata keçirilir.
Tədbirlər Planına müvafiq olaraq fevralın 22-də 2"B" sinfində sinif müəllimi Alidə Qarayevanın rəhbərliyi ilə layihə həyata keçirildi. Həyat bilgisi dərsində gerçəşləşən layihədə uşaqlar hazırladıqları "Qırmızı kitab"ı məktəb kitabxanasına təqdim etdilər. Kitabxanaçı Sədaqət İsmayılova tərəfindən şagirdlərə oxumaq üçün müxtəlif kitablar tövsiyə edildi.