Şagirdlərin layihələri müzakirə olundu
Məktəbin illik fəaliyyət planının 1.1.1. 8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə ana dili aylığı elan olunmuşdu.
Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Aylığın tədbirlər planına uyğun olaraq fevralın 22-də məktəbin rus dili və ədəbiyyat müəllimi Elnarə Məmmədovanın rəhbərliyi ilə 9"C" sinif şagirdlərinin hazırladıqları layihənin təqdimatı keçirilib. M.Y.Lermontovun "Dövrümüzün qəhrəmanı" əsərindən "Peçorin üzrə məhkəmə" hissəsinin səhnələşdirilməsindən sonra birgə müzakirə aparılıb.