Bilik yarışı keçirildi
Təhsil Nazirliyinin "2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə" əmrinə müvafiq ibtidai siniflərdə şagirdlərin oxu, yazı və hesablama bacarıqlarının vaxtaşırı öyrənilib müzakirəyə hazırlanması və məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq fevralın 17-də məktəbdə təhsil alan ibtidai sinif şagirdlərinin istedad, bacarıq və xüsusi qabiliyyətlərinin üzə çıxarılması və rəğbətləndirilməsi məqsədilə III və IV sinif şagirdləri arasında bilik yarışı keçirilmişdir. Riyazi heablama və məntiqə aid sualları əhatə bilik yarışının sonunda şagirdlər təltif olundular.