İbtidai siniflərdə bilik yarışı keçirildi
Təhsil Nazirliyinin "2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə" əmrinə müvafiq ibtidai siniflərdə şagirdlərin oxu, yazı və hesablama bacarıqlarının vaxtaşırı öyrənilib müzakirəyə hazırlanması və məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq fevralın 15-də məktəbdə təhsil alan ibtidai sinif şagirdlərinin istedad, bacarıq və xüsusi qabiliyyətlərinin üzə çıxarılması və rəğbətləndirilməsi məqsədilə I və II sinif şagirdləri arasında bilik yarışı keçirilmişdir. Riyazi heablama və məntiqə aid sualları əhatə bilik yarışının sonunda şagirdlər təltif olundular.