Məktəb valideyn icmasının nümayəndələri ilə görüş keçirildi
Fevralın 9-da məktəbin illik Fəaliyyət Planının 1.4.3-cü bəndinə uyğun olaraq təhsil prosesinə valideynlərin cəlb edilməsi, ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi və valideyn məsuliyyətinin artırılması məqsədilə ümumi valideyn icmasının nümayəndələri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüşdə valideynləri narahat edən məsələlər və maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırıldı.