"Risk qrupu"na daxilolma ehtimalı olan şagirdlərlə anket sorğusu təşkil edilmişdir
Qloballaşan dünyada texnologiyaların inkişafı və əlçatanlığının gətirdiyi limitsiz informasiya axını insanların həyat tərzində, iş həyatında, sosial, ailədaxili münasibətlərində və təfəkküründə dəyişikliklərə yol açmışdır. Bu proseslər uşaq və yeniyetmələrin də həyatına təsirsiz ötüşmür və onların arasında gərgin münasibətlərin, fiziki və mənəvi zorakılıq hallarının yaşanmasına təkan verir. Son vaxtlar şagirdlər arasında aqressivlik, özünəqapanma, intihar halları, bulinq kimi problemlər geniş yayılmaqdadır.
Bu problemlərin, risk qrupuna aid şagirdlərin vaxtında aşkar edilməsi, profilaktik tədbirlərin görülməsi, ümumən məktəbdə sağlam psixoloji mühitin formalaşdırılması çox önəmlidir. Məhz bu məqsədlə fevralın 7-də məktəbin psixoloqu Yeganə Cabbarova "Risk qrupu"na daxilolma ehtimalı olan şagirdlər haqqında məlumatların toplanması və onların aşkar edilməsi məqsədilə 7-ci siniflərdə anket sorğusu təşkil etmişdir.