Monitorinqlərin nəticələri təhlil olunur
Məktəbin illik Fəaliyyət planının 1.1.3. 3 və 1.1.3. 7-ci bəndlərinə uyğun olaraq buraxılış siniflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə yanvar ayında 9-cu siniflərdə sınaq test imtahanı keçirilmişdir.
Buraxılış imtahanlarına uyğun aparılmış monitorinqlərin nəticələri fevralın 1-də bütün buraxılış sinif şagirdlərinin və onların fənn müəllimlərinin iştirakı ilə müzakirə olundu. Eyni zamanda oktyabr, noyabr, dekabr və yanvar aylarında aparılan monitorinqlərin nəticələri müqayisəli təhlil edildi.