"Gənclər həftəsi" çərçivəsində təhsil işçiləri arasında voleybol idman növü üzrə keçirilən yarışda məktəbin komandasının uğuru
29 yanvar 2022-ci il tarixdə 85 nömrəli tam orta məktəbin idman zalında Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə "2 fevral- Azərbaycan Gəncləri Günü"nün təsis edilməsinin 25 illiyi münasibəti ilə "Gənclər həftəsi" çərçivəsində təhsil işçiləri arasında voleybol idman növü üzrə turnir keçirilmişdir.
Yarışda I yeri- 76 nömrəli məktəbin komandası,
II yeri- 85 nömrəli məktəbin komandası,
III yeri- 285 və 317 nömrəli məktəblərin komandaları layiq görülmüşlər.
Qalib gələn komandaları təbrik edirik!