Tarix-coğrafiya aylığı çərçivəsində debat keçirilib

Məktəbin illik fəaliyyət planının 1.1.1. 8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Yanvar ayı məktəbdə tarix-coğrafiya aylığı elan olunmuşdu.

 Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.

 Aylığın tədbirlər planına uyğun olaraq məktəbin direktor müavini, coğrafiya müəllimləri Aidə Eyvazovanın rəhbərliyi ilə 9-cu sinif şagirdləri arasında "Yantszı çayı üzərindəki elektrik stansiyasının müsbət və mənfi tərəfləri" mövzusunda debat keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi