Açıq dərslər keçirilir
Məktəbin illik fəaliyyət planının 1.1.1. 8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Yanvar ayı məktəbdə tarix-coğrafiya aylığı elan olunmuşdu.
Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Aylığın tədbirlər planına uyğun olaraq yanvarın 24-də məktəbin coğrafiya müəllimi Səbunə İbadova 6"B" sinfində "Atmosferin quruluşu" mövzusunda açıq dərs keçmişdir.