20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi
Məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq yanvarın 19-da 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş "20 Yanvar-Qanlı yanvar gecəsi" adlı ədəbi-bədii kompozisiya keçirildi.