Lütfi Zadənin 100 illiyinə həsr olunmuş “Çto? Qde? Koqda?”� intellektual oyunu keçirildi
Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək təhsilin müasir məzmunu baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Riyaziyyat və informatika aylığı çərçivəsində “Rəqəmsal Bacarıqlar” layihəsinin tətbiq olunduğu Məktəbin IV sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını və Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 15 aprel 2021-ci il tarixli, F-87 nömrəli Lütfi Zadənin 100 illik yubileyinin keçiriliməsi ilə bağlı əmrinin icrasını təmin etmək məqsədilə dekabrın 28-də “Lütfi Zadənin 100 illiyinə həsr olunmuş “Çto? Qde? Koqda?”� intellektual oyunu keçirildi.