Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi
Məktəbin illik Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir.
Tədbirlər Planına uyğun olaraq məktəbdə silsilə tədbirlər həyata keçirilməkdə davam edir. Dekabrın 9-da məktəbin tarix müəllimi Şirmayi Səfərovanın təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev dühası" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirin sonunda Ulu Öndərin xatirəsinə həsr olunmuş inşa və şeir müsabiqələrinin qalibləri təltif edildilər.