Məntiq olimpiadasının qalibləri təltif edildilər
Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək təhsilin müasir məzmunu baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Dekabrın 6-da Azərbaycan və rus bölmələrində təhsil alan məktəbin V sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etmək və Fəaliyyət Planının 1.1.1.27-ci bəndinə uyğun olaraq şagirdlərdə məntiqi təfəkkürün formalaşdırılması və inkişaf etdirilməsi məqsədi ilə məktəbdaxili məntiq olimpiadası keçirilmişdir. Bu gün olimpidada uğurla iştirak edən şagirdlərə "Diplom"lar təqdim olundu.