Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dərslər keçirilir
Məktəbin illik Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir.
Tədbirlər Planına uyğun olaraq məktəbdə silsilə tədbirlərin həyata keçırılməsinə start verilmişdi. Dekabrın 6-da məktəbin tarix müəllimləri Rüstəm Nurəhmədov və Nigar Bayramova 9 "B" və 9"C"siniflərində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dərs keçmişdir.