"Gözəl xətt" müsabiqəsi davam edir
Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Noyabr ayı məktəbdə ibtidai siniflər aylığı elan olunmuşdu.
Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Aylığın tədbirlər planına və illik Fəaliyyət planının 1.1.2.6-cı bəndinə uyğun olaraq şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılması və düzgün yazı vərdişlərinin aşılanması məqsədi ilə bu gün Azərbaycan və rus bölməsi üzrə ibtida sinif şagirdləri arasında "Gözəl xətt" müsabiqəsi keçirilmişdir.