İbtidai siniflər aylığında nümunəvi dərslərin keçirilməsi davam edir
Məktəbin illik Fəaliyyət Planının 1.2.4-cü bəndinə uyğun olaraq gənc müəllim –peşəkar müəllim vəhdətinin yaradılması istiqamətində işin qurulması, gənc müəllimlərin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, özünə inamın artırılması, yaradıcı işə meylinin gücləndirilməsi məqsədilə nümunəvi dərslər təşkil olunur.
Noyabrın 30-da məktəbin 2"D", 2”Ə”, 3”D” siniflərində nümunəvi dərslər keçmişdir. Dərsdə metodbirləşmə sədri ilə yanaşı gənc müəllimlər də iştirak edirdilər.