Zəfər Gününə həsr olunmuş "ZƏFƏR KUBOKU" adlı mini-futbol turnirin final mərhələsində məktəbin komandası I yerə layiq görüldü
Zəfər Gününə həsr olunmuş "ZƏFƏR KUBOKU" adlı mini-futbol turnirin final mərhələsi keçdirilidi. Yarışlara ümumilikdə zonalar üzrə 30 orta məktəbin komandası olmaqla 300-ə yaxın iştirakçı qatıldı.
Final oyunu Qarabağ uğurunda Şəhid olmuş qəhrəmanlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilməklə başladı.Finalda 278,208,89 və 76 nömrəli tam orta məktəbin komandaları iştirak edirdilər. Gərgin və çox maraqlı keçən oyunların nəticələrinə əsasən;
l yerə 76 nömrəli tam orta məktəbin
Il yerə 278 nömrəli tam orta məktəbin
IIl yerə 208 saylı məktəbin komandası layiq görüldü. Tədbirin yekununda, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov fiziki tərbiyə müəllimlərini fəxri fərmanlarla və qalib gələn məktəbliləri diplomlarla təltif edərək gələcək yarışlarda uğurlar arzuladı.