Fənn olimpiadasının məktəb mərhələsi keçirildi
Məktəbin illik Fəaliyyət planının 4.1.4.1-ci bəndinə uyğun olaraq oktyabrın 30-da ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənlərin aşkar edilməsi, onların potensial imkanları nəzərə alınaraq inkişafının təşkil edilməsi istiqamətində tədbirlərin müəyyənləşdirilməsi və olimpiadada iştirak edəcək məktəblilərin təyin edilməsi məqsədi ilə məktəbdaxili olimpiada keçirildi.