Əziz şəhid, sənə bir ömür borcumuz var

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə "27 sentyabr Anım Günün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir.

Tədbirlər planına uyğun olaraq Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanınadək döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərən Şəhidlərimizdən biri məktəbimizin şəhid məzunu Elzar Yusubovun şəhadətinin ildönümü keçirilir. Oktyabrı 8-də keçirilən anım günündə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı Şəhidin anası Günəş xanım, həyat yoldaşı, qardaşı, yaxın qohumları və döyüş yoldaşları da iştirak edirdilər.

Tədbirdə çıxış edənlər qəhrəman övladımız haqqında xatirələrini bölüşmüş, şagirdlər qəhrəmanlıq və vətənpərvərlik mövzularında şeirlər səsləndirmişdilər.

Məktəbimizin məzunu Elzar Yusubov Füzulidə döyüşərkən dostlarını mühasirədən xilas edərək ayaq arteriyasından yaralanır. Buna baxmayaraq döyüş yerini tərk etməyib… Onu yaralayan və başqa bir neçə düşməni öldürüb. Onlar əməliyyatı uğurla başa çatdırırlar. Elzar Təcili yardım maşınına çatdırılsa da, qan itkisindən Şəhidlik zirvəsinə ucalır. Onu daşıyan əsgər dostlarına- “nigaran qalmayın – mən intiqam aldım, amma yenə yaxşı olub qayıdıb sizlərlə bərabər döyüşəcəyəm.” deyib…

Şəhidimiz hərbçi idi və həyatını Vətən keşiyinə sərf edirdi. Ömrünü xalqına qulluqda görür və həyatını da Azərbaycan xalqına qurban verir!

Belə torpaqlar heç vaxt düşmən tapdağına məruz qala bilməz.

Başın sağ olsun Vətən.

Əziz şəhid, sənə bir ömür borcumuz var.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi