Şagirdlər Şəhidlər Xiyabaını ziyarət etdilər

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə "27 sentyabr Anım Günün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq sentyabrın 27-də məktəbin ibtidai sinif müəllimi Afət Mustafayeva rəhbərlik etdiyi 3"Ç" sinif şagirdləri ilə Şəhidlər Xiyabanını ziyarət etdilər.