Pedaqoji Şuranın iclası keçirildi
Sentyabrın 21-də 2021-2022-ci dərs ili üçün Pedaqoji Şuranın ilk iclası keçirildi. İclasda gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı, 2021-2022-ci dərs ili üçün Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq təlimat və tövsiyələri pedaqoji kollektivin diqqətinə çatdırılaraq yeni dərs ili üçün qarşıdan duran vəzifələr müəyyənləşdirildi.
Bir daha bütün kollektivin yeni dərs ilini təbrik edir, onlara can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edirik.