1B SİNFİNDƏ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

01.06.2016-cı il tarixdə məktəbin 1b sinfində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə məktəbin direktoru T.Tağıyeva dərs hissə müdiri Ş.Zeynalov iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzuladılar. Bildirilmişdir ki, hazırda Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.Sinif rəhdəri X.Hüseynova bu tədbirin maraqlı keçməsi üçün əlindən gələni əsirgəməmişdi.Tədbirdə musiqiçilərin şən ifaları altında uşaqlar xeyli rəqs etmiş,daha sonra isə öz məharətlərini göstərərək şer, mahnılarla,çıxış etdilər.Məktəbə yenicə qədəm basmış birincilər böyük sevinclə müəllim və valideynlərin qarşısında çıxış etdilər.Keçirilən bayram şənliyində iştirak edən nağıl qəhrəmanları uşaqların yaddaşında xoş izlər buraxdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi