1C SİNFİNDƏ"28 MAY RESPUBLİKA GÜNÜNƏ"HƏSR OLUNMUŞ BURAXILIŞ TƏDBİRİ

27.05.2016-cı il tarixdə məktəbin "1c" sinfinin "28 May-Respublika Gününə" və "Vətən məhəbbəti nə deməkdir" adlı tədbir keçirildi.Tədbirdə məktəbin direktoru T.Tağıyeva dərs hissə müdiri Ş.Zeynalov valideyinlər və şagirtlər iştirak etdilər.Öncə qonaqlar məktəbin foyesində şagirdlərin rəsmləri ilə tanış olublar.Daha sonra tədbirdə 28 May1918-ci ildə Şərqin ilk demokratik respublikası olan AXC-nin yaranması tarixindən söz açılıb.Azərbaycan tarixinin şanlı səhifələrindən olan,xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğu vurğulanıb.Tədbirdə 1c sinf şagirdlərinin ifasında vətənə aid mahnılar,şeirlərlər ədəbi bədii kompazisiya təqdim olunub.Bu tədbirdə birincilərin göstərdikləri səhnəciklər və onların öz rollarını məharətlə ifa etmələri xüsusi qeyd edilməlidir. Sinif müəllimi T.Cəfərova bu tədbirin maraqlı keçməsi üçün əlindən gələni əsirgəməmişdi.Məktəbə yenicə qədəm basmış birincilər böyük sevinclə müəllim və valideynlərin qarşısında çıxış etdilər.Tədbirin sonunda məktəbin direktoru T.Tağıyeva çıxış edib.O bildirib ki,Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır bir tarixi şəraitdə və həssas bir geosiyasi məkanda yaransa da,dövlətçilik tariximizin əsaslarının təməlini qoyduğunu ,ümumimilli lider Heydər Əliyevin "müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" kəlamını xatırladıb.Ümumimilli lider Heydər Əliyev hər zaman tarixi dəyərlərə,o cümlədən, AXC-nin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi