Lütfi Zadənin 100 illiyinə həsr olunmuş İnformatika və Məntiq Olimpiadasnın iştirakçıları təltif edildi
Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək təhsilin müasir məzmunu baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. “Rəqəmsal Bacarıqlar” layihəsinin tətbiq olunduğu Məktəbin IV və VI sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını və Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 15 aprel 2021-ci il tarixli, F-87 nömrəli Lütfi Zadənin 100 illik yubileyinin keçiriliməsi ilə bağlı əmrinin icrasını təmin etmək məqsədilə may ayında Rəqəmsal Bacarıqları tədris edən müəllimlərin təşkilatçılığı ilə “Virtual Məktəb” vasitəsilə onlayn formada Azərbaycan və rus bölməsi şagirdləri arasında “Lütfi Zadənin 100 illiyinə həsr olunmuş informatika və məntiq Olimpiadası” keçirilmişdi. Olimpiadada fəal iştirak edən şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif olunublar.