Milli qiymətləndirmə keçirilir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu cari ilin 1-11 iyun tarixlərində ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirməni təşkil edir. Milli qiymətləndirmənin Azərbaycan və rus bölmələri üzrə təşkili nəzərdə tutulub. Bu il keçiriləcək milli qiymətləndirmə həm əyani (seçilmiş siniflər üzrə), həm də onlayn (“Virtual məktəb” platformasında) formatda təşkil olunub. Onlayn qiymətləndirmə prosesində II-VIII və X sinif şagirdləri ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaq.

Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında ümumi şagird qruplarında “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır. Məktəbimizin şagirdləri də artıq qiymətləndirmədə həvəslə iştirak edirlər.

Qeyd edək ki, sistemli tədqiqat şəklində aparılan milli qiymətləndirmənin keçirilməsində məqsəd etibarlı məlumatların toplanması, təkliflərin verilməsi və problemlərin həll edilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi