PIRLS 2021 tədqiqatı aparıldı
İyunun 3-də məktəbin seçilmiş 4-cü siniflərində Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsi mövcud pandemiya şərtlərinə uyğun həyata keçirildi.
Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study) - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat IV sinif şagirdlərinin oxuyub anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən hər 5 ildən bir təşkil olunur.