II yarımil üçün Summativ Qiymətləndirmələrin keçirilməsi davam edir
Fəaliyyət planının 1.1.1.28-ci bəndinə müvafiq olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə II yarımil üçün Summativ Qiymətləndirmələrin keçirilməsinə başlanılmışdır. Xüsusi qrafik əsasında təhsilini distant formada davam etdirən 10 və 11-ci sinif şagirdləri əyani qiymətləndirmədə iştirak edirlər. Qiymətləndirmə xüsusi karantin rejimi dövründə sosial məsafəni saxlamaqla sanitariya-gigiyena qaydalarına uyğun həyata keçirilir.