31 mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş sinif saatı keçirildi

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə "31 mart Azərbaycanlıların Soyqırım Gününün keçirilməsi" barədə məktəb üzrə əmrlə Tədbirlər planı hazırlanıb təsdiq edilmişdir.

Tədbirlər planına uyğun olaraq martın 31-də məktəbin 1”C”, 2”C”, 3"A", 5”C”, 7”D” siniflərində 31 mart Azərbaycanlıların Soyqırım qurbanlarının əziz xatirəsinə həsr olunmuş sinif təşkilat saatları keçirildi. Dərs zamanı şagirdlərə 31 mart Azərbaycanlıların Soyqırım Günü haqqında geniş məlumat verildi. Şagirdlər faciəni əks etdirən rəsmlərini və hazırladıqları slaydları nümayiş etdirərək şeirlər və hekayələrdən parçalar söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi