1"E" SİNFİNDƏ BURAXILIŞ GECƏSİ

23.05.2016-ci il tarixdə məktəbimizin ( rus bölməsi) 1"e" sinfində tedbir keçirildi.Tədbirdə məktəbin direktoru T.Tağıyeva, dərs hissə müdirü N.İsmayılov, metodbirləşmənin sədri O.Şahvələdova iştirak etdilər.Birincilər anaya,vətənə,dostluğa aid şeilər söylədilər, işğaldan azad olunmuş Lələ təpə yüksəkliyi haqqında səhnəciklərlə çıxış etdilər.Bu tədbirdə birincilərin göstərdikləri səhnəciklər və onların öz rollarını məharətlə ifa etmələri xüsusi qeyd edilməlidir. Sinif müəllimiTamila Qayıbova bu tədbirin maraqlı keçməsi üçün əlindən gələni əsirgəməmişdi.Məktəbə yenicə qədəm basmış birincilər böyük sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər. Şagirdlərin Azərbaycan, rus dillərində şeirlər deməsi, Azərbaycan və xarici ölkələrin milli rəqslərini ifa etmələri, bütün uşaqların sevimlisi olan nağıl qəhrəmanlarını canlandırmaqları valideynlərin və şagirdlərin çox xoşuna gəldi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi