Müəllim fəxri fərmanla təltif edildi
09.03.2021-ci il tarixində Suraxanı rayonu Azad Həmkərlar Təşkilatının sədri F. Həsənov cənabları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbimizin rus dili və ədəbiyyat müəllimi Yelena Arslanovanı işində fəallığına görə Fəxri fərmanla təltif etmişdir.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bahar Həsənova və məktəbin Həmkərlar təşkilatının sədri Qəndab Quliyeva gənc müəllimi təbrik edib ona gələcək fəaliyyətində uğurlar arzuladılar.