IX sinif şagirdləri üçün yeni model buraxılış imtahanı
1. İmtahan 1 mərhələdə keçiriləcək.
2. Tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən keçiriləcək.
3. Suallar 5-ci sinifdən başlayaraq 9-cu sinfin 1-ci yarımilində keçilmiş materiallardan olacaq.
4. İmtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırığı veriləcək.
5.Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.
6. İmtahanın davametmə müddəti 3 saatdır.