Fevralın 26-da ilk dərslər Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olundu

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi” ilə əlaqədar 10.02.21 tarixli, F-42 nömrəli əmri və məktəbin fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir.

Tədbirlər planına müvafiq olaraq fevralın 26-da ilk dərslər Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olundu.

Dərs zamanı şagirdlərə Xocalı faciəsi barədə ətraflı məlumatlar verildi.

Şagirdlər faciəni əks etdirən rəsmlərini və hazırladıqları slaydları nümayiş etdirərək Xocalıya həsr olunmuş şeirlər və hekayələrdən parçalar söylədilər.

Dərslərdə qonaq qismənidə məktəbin tərbiyə işləri üzrə direktor müavini Zülfüqar Zülfüqarov, Psixoloq Yeganə Cabbarova və UBTR Xədicə Səmədova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi