Fənn olimpiadalarının nəticələri təhlil olunur
Fevralın 18-də Respublika Fənn Olimpiadasının rayon turunda uğurla iştirak edən şagirdlərin iştirakı ilə respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri müzakirə olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirildi.
Sonra respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlərə "Diplom"lar təqdim olundu. Qeyd edək ki, yarımfinal turuna 6 nəfər şagirdimiz keçmişdir. Bir daha şagirdlərimizi və onların müəllimlərini təbrik edir, iştirakçılara növbəti turda uğurlar arzu edirik.