“Vətən müharibəsi”ndə iştirak etmiş məktəbin məzunu ilə görüş keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planına əsasən 15.02.2021-ci il tarixində məktəbin 5”F” sinfində rus dili və ədəbiyyat müəllimi Yelena Arslanovanın təşkilatçılığı ilə “Vətən müharibəsi”ndə iştirak etmiş məktəbin məzunu İlkin Rəhimov Mehdi oğlu ilə görüş keçirildi. Görüşdə İlkin Rəhimov şagirdlərin suallarına həvəslə cavab verərək Qarabağ müharibəsində yenilməz Azərbaycan ordusunun qazandığı uğurlardan, əsgərlərimizin igidliklərindən , ruh yüksəkliklərindən danışdı.

44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı həm topçu həmdə hərbi əməliyyatlarda iştirak edərək Ağdərə, Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmişdir.

Onun qəhrəmanlığı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə yüksək qiymətləndirilmiş və bu səbəblə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi